Piyadanı maşın vurdu
18 avqust 2020 08:50 (UTC +04:00)

Piyadanı maşın vurdu

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "KRAZ YOLU " adlanan ərazisində qeydə alınıb.

Hərəkətə olan minik maşını yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Əsədov Ceyhun Ələkbər oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946

Oxşar yazılar