Evdən pul oğurlayan qadın tutuldu
17 avqust 2020 12:34 (UTC +04:00)

Evdən pul oğurlayan qadın tutuldu

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat və 800 dollar oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini İ.Ağayeva saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, keçmiş məhkum isə maşından pul oğurlayıb.

Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobildən 8500 manat və  85 dollar oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılıb.

 

# 3904
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar