2227
13:42
16 Avqust 2020

“Qafqazinfo” 10 yaşına çatdı

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasından 10 il ötür.

2010-cu ilin 16 avqust tarixində işə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub.

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. Sayt müxtəlif sahələri əhatə edən bölməsi ilə bütün sosial qruplara hədəflənib. Baş verən hadisələrin görüntüsünü ətraflı təqdim etmək üçün portalda multimedia bölməsi də açılıb.