Obyekt tikmək üçün sərv ağaclarını doğradı
13 avqust 2020 10:43 (UTC +04:00)

Obyekt tikmək üçün sərv ağaclarını doğradı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyi müəyyən ediblər.

Bu barədə Lent.az-a xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

 

 

# 1546
avatar

Aygün İbrahimli

Oxşar yazılar