Əkin sahəsində bitən narkotik vasitə məhv edildi
10 avqust 2020 09:35 (UTC +04:00)

Əkin sahəsində bitən narkotik vasitə məhv edildi

Oğuz rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  ümumi çəkisi 3 180 kiloqram olan 2 650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1174
avatar

Oxşar yazılar