10:18
29 İyul 2020

Buraxılış imtahanlarında karantin qaydalarına nəzarət edilir - FOTO

Paytaxtda iyulun 29 və 30-da keçirilən növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Lent.az -a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur. İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

Dİgər xəbərlər