10:55
27 İyul 2020

Ermənistanda COVID-19-a yoluxanların sayı 37 390 nəfərə çatdı

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 37 390 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 73 nəfər koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 6 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 711 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 26 665 nəfərdir.

Dİgər xəbərlər