Ötən il evdən 5000 manata yaxın pul aparanlar tutuldu
16 iyul 2020 13:20 (UTC +04:00)

Ötən il evdən 5000 manata yaxın pul aparanlar tutuldu

Saatlıda evdən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, ötən il noyabrın 17-də Qırağlı kəndindəki evlərin birindən 4800 manat pul oğurlanıb.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, İmişli rayon sakini S.Bəyalıyev və Lənkəran rayon sakini S.Cəfərov saxlanılıblar.

# 2374
avatar

Mehman Nəbiyev

Oxşar yazılar