AKP: “Ermənistan təcavüzkarlığının qarşılıqsız qalmayacağından əmin olsun”.
13 iyul 2020 15:47 (UTC +04:00)

AKP: “Ermənistan təcavüzkarlığının qarşılıqsız qalmayacağından əmin olsun”.

"Ermənistanın təxribatını şiddətlə qınayırıq".

APA-nın xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “Twitter”də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərə münasibət bildirərkən yazıb.

Ö. Çelik Ermənistanın təxribatını şiddətlə qınadıqlarını bəyan edib.

“Şəhidlərimizə rəhmət diləyirəm. Hər zaman Azərbaycanın yanındayıq”, - deyə AKP sözçüsü vurğulayıb.

# 2698
avatar

Oxşar yazılar