Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu
12 iyul 2020 04:35 (UTC +04:00)

Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu

 

Məşhur hind aktyoru Amitabh Baççan koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə 77 yaşlı aktyor özünün “Twitter” səhifəsində paylaşım edib.

“COVID-19 testim müsbət çıxdı, xəstəxanaya yerləşdirilmişəm, xəstəxana rəsmi orqanları məlumatlandırır, ailəm və heyət də test verib, nəticələri gözləyirik. Son 10 gündə mənim birbaşa yaxınlığımda olanlardan testdən keçmələri xahiş olunur!”, - deyə Baççan öz paylaşımında bildirib.

Bir qədər sonra aktyorun oğlu, aktyor və prodüser, fotomodel və aktrisa, “Dünya gözəli 1994” müsabiqəsinin qalibi Ayşvariya Rayın həyat yoldaşı Abhişek Baççan da “Twitter” sosial şəbəkəsindəki səhifəsində koronavirusa yoluxduğunu yazıb.

Qeyd edək ki, Amitabh Baççan hind kino tarixinin ən nüfuzlu aktyorlarından biridir. O, “Hind Oskarı” adlandırılan Filmfare Awards” mükafatının 15 dəfə qalibi olub.

# 6904
avatar

Oxşar yazılar