TƏBİB və  Nazirlik arasında səlahiyyət bölgüsü başa çatmayıb
10 iyul 2020 18:21 (UTC +04:00)

TƏBİB və Nazirlik arasında səlahiyyət bölgüsü başa çatmayıb

“Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

TƏBİB və Səhiyyə Nazirliyi arasında əmək bölgüsünə gəlincə, H. Hacıyev deyib ki, Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu: “Koronavirus müharibəsi səbəbindən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.

# 3742
avatar

Oxşar yazılar