Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR
08 iyul 2020 14:37 (UTC +04:00)

Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya  nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

# 3553
avatar

Oxşar yazılar