Deputatın rəis oğlu koronovirusa yoluxdu, idarə karantinə alındı
08 iyul 2020 12:25 (UTC +04:00)

Deputatın rəis oğlu koronovirusa yoluxdu, idarə karantinə alındı

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. 

Deputat məlumatı təsdiq edib: “Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.

# 4303
avatar

Oxşar yazılar