Rusiyadan gələn külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO
07 iyul 2020 09:53 (UTC +04:00)

Rusiyadan gələn külli miqdarda dərman ölkəyə buraxılmadı - FOTO

İki fakt üzrə mobil telefonların və dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan gələn "DAF" və " Volvo" markalı yük nəqliyyat vasitələrinə "Samur" gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 7 ədəd "İPhone 11 64 GB", 3 ədəd " İPhone 11 Pro Max 64 GB", 2 ədəd " İPhone 11 Pro 256 GB" markalı mobil telefonlar və 2500 kapsul dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

# 2044
avatar

Mehman Nəbiyev

Oxşar yazılar