2014
19:54
06 İyul 2020

Yaponlar kosmosu tullantılardan təmizləyəcək - Proses necə baş verəcək?

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir.

Lent.az "technote"a istinadən xəbər verir ki, alimlərin hesablamalarına əsasən Yer kürəsinin orbitində 170 milyona yaxın kiçik obyekt var.

Həmin kiçik obyektlər kosmosun müşahidə olunması və kosmik raketlərin göndərilməsində ciddi problemlər yarada bilərlər. Yapon tədqiqatçılar bu problemi aradan qaldırmaq üçün orijinal həll yolu tapıblar. Belə ki, onlar kiçik obyektləri lazer şüası ilə məhv etməyi bacaran xüsusi peyki Yer kürəsinin orbitinə göndərmək istəyirlər.

Yer kürəsinin orbitinə lazer şüasına sahib xüsusi peykin göndərilməsi ideyası Yaponiyanın JSAT şirkətinə sahibdir. Sözügedən peyk 2026-cı ildə Yer kürəsinin orbitinə göndəriləcək.

İlkin mərhələdə bu peyk artıq sıradan çıxmış peyklərdən və digər kiçik süni obyektlərdən ayrılmış kiçik tullantılar üzərində test olunmağa başlayacaq. Peyk böyük olmayan impulslar buraxa bilən zəif lazer sistemi ilə təchiz olunacaq.

İdeyanın məğzi Yer kürəsinin orbitində olan kiçik obyektləri birdəfəlik məhv etmək yox, onları əritməkdir.