4708
07:12
05 İyul 2020

Baba ehtiyatsızlıqdan dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsdi


Yevlaxda bədbəxt hadisə baş verib.

Yevlaxda baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb.

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Bəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.