12:47
19 İyun 2020

Nazir sərt karantin rejimindən DANIŞDI: "Müvafiq qərarlar qəbul olunacaq"

“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da müzakirələr gedir, bu məsələyə baxılır və müvafiq qərarlar qəbul olunacaq: “2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.

Dİgər xəbərlər