12:39
08 İyun 2020

Səidə 2-ci ərindən danışdı: "Dövlət qulluqçusudur" - VİDEO

Müğənni Səidə Dadaşova həyat yoldaşı Məhəmməd barədə danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Hüseynova bacıları" verilişində bildirib ki, həyat yoldaşı romantik insandır: "Yoldaşımla günümüz romantik keçir. Sevgidə hər şey düz gedəndə mənə ləzzət eləmir. Ümumiyyətlə hər bir şey uğurunda mübarizə aparasan. Asanlıqla əldə olunan şeyin ləzzəti olmur. Yoldaşım məni çətinliklə əldə etdi. O uzun illər mənim heyranım olub. Yoldaşım dövlət işində işləyir, mənə də kömək edir".

Qeyd edək ki, bu S.Dadaşovanın ikinci evliliyidir.

Dİgər xəbərlər