Torbasından 2 kilodan çox narkotik çıxdı - FOTO
06 iyun 2020 19:50 (UTC +04:00)

Torbasından 2 kilodan çox narkotik çıxdı - FOTO

Tərtərdə narkotik alverçisi saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Goranboy rayon sakini Etibar Əzizov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb. Eyni zamanda E. Əzizovun narkotiki 40 manat müqabilində Gəncə şəhər sakini Rasim Talıbovdan aldığı müəyyən edilib. Şəxsi axtarış zamanı əlində daşıdığı sellofan torbadan 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.

# 2671
avatar

Mehman Nəbiyev

Oxşar yazılar