Dəmiryolu stansiyasından 2 kilodan çox narkotik götürüldü
06 iyun 2020 17:50 (UTC +04:00)

Dəmiryolu stansiyasından 2 kilodan çox narkotik götürüldü

Gəncə sakinindən külli miqdarda narkotik maddə götürülüb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində əməliyyat tədbiri keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847

Oxşar yazılar