1534
12:18
03 İyun 2020

Maşını ilə dənizə düşdü: FNH xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep Grand Cherokee” markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib.

Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.