Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
27 may 2020 13:07 (UTC +04:00)

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb. 

Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  25-30, Bakıda  gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi  rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 13-18, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz  17-22 dərəcə isti olacaq.

# 3718
avatar

Aygün İbrahimli

Oxşar yazılar