Sərxoş qadın ərini oxlovla   döyüb öldürdü
19 sentyabr 2026 10:53 (UTC +04:00)

Sərxoş qadın ərini oxlovla döyüb öldürdü

0

Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib.

Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyüb və daha sonra eyvana çıxıb.

Qadın oxlov götürərək onun arxasınca gedib və kişinin baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Kişi qapalı kəllə-beyin travması alıb və bir neçə saat sonra həyatını itirib.

Qadın təqsirini etiraf edib və peşman olduğunu bildirib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar