13:25
19 May 2020

Koronavirusa yoluxan baş nazir sağaldı

Rusiyanın baş naziri Mixail Mişustin yeni növ koronavirusdan (COVID-19) müalicə olunduqdan sonra işə qayıdıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Andrey Belausovun hökumətin sədri vəzifəsini icra etməsi haqqında sənədin bu gündən qüvvədən düşməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, M. Mişustin aprelin sonunda COVID-19-a yoluxub. Onun vəzifəsinin icrası isə müavini A. Belausova tapşırılıb.

Dİgər xəbərlər