Koronavirusdan qeyri-adi qorunma: keşiş tapança ilə...
19 may 2020 13:20 (UTC +04:00)

Koronavirusdan qeyri-adi qorunma: keşiş tapança ilə...

ABŞ-ın Detroyt şəhərində bir keşiş sosial məsafəni saxlamaq üçün maraqlı addım atıb.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, o, kilsəyə və ibadətə gələnlərin üzərinə oyuncaq tapança ilə müqəddəs su çiləyir.

Timofei Pelk adlı keşiş ilk dəfə bu əmələ katoliklərin pasxası vaxtı əl atıb.

ABŞ KİV-nə danışan Pelk deyir ki, mayın 24-də ənənəvi dua mərasimində yenidən “silahlanıb” kilsəyə getməyi arzulayır.

“Amma bu mümkün olmayacaq. Çünki insanlar çölə çıxmağa, ibadət yerlərinə getməyə qorxurlar”, - Pelk bildirib.

# 2191
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar