11:34
06 May 2020

“Real” tarixinin ən uğursuz “11-liy”i

“Real” tarixinin ən zəif futbolçularının adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AS nəşri “Kral klubu”nda çıxış etmiş ən uğursuz “11-liy”i seçib.

Madrid klubunun qapısını qorumuş Albano Bizzarri ən zəif qapıçı hesab edilib. Karlos Dioqo, Conatan Vudqeyt, Predraq Spasiç və Fabio Koentrao müdafiənin, Tomas Qravesen, Pablo Sarsiya, Jülen Fober və Elvir Baliç yarımmüdafiənin ən zəifləri sayılıb.

Antonio Kassano və Royston Drente isə “Real”ın formasını geyinmiş ən pis hücumçular seçilib.

Dİgər xəbərlər