Аrif Məlikovun yaradıcılığına həsr edilən canlı konsert olub
24 aprel 2020 13:41 (UTC +04:00)

Аrif Məlikovun yaradıcılığına həsr edilən canlı konsert olub

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim olunub.

Lent.az  xəbər verir ki, layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının bu həftəki buraxılışı görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov yaradıcılığına həsr edilib.

Canlı yayımda BMM-nin solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. Xanəndələr karantin günlərində BMM-nin onlayn layihələrində fəaliyyətləri ilə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşüblər.

Verilişdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Röya Həsənova qonaq olaraq layihəyə töhfə olaraq bəstəkar Arif Məlikovun portretini də təqdim edib.

Qeyd edək ki, ölkəmizdə tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların incəsənətimizə yaxın olması məqsədilə aprelin 1-dən start verilən layihə çərçivəsində reallaşan təqdimatlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) yaxından iştirak edərək dəstək olur. Layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.

# 1799
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar