13:56
20 Aprel 2020

Mələkxanımın qızının toyu təxirə düşdü: "Xeyirlisi bu imiş..."

Xalq artisti Mələkxanım Əyyubova qızı Nəzrinin ailə quracağı oğlan barədə danışıb.

Lent.az -ın məlumatına görə, xanəndə “Ay Zaur” verilişində deyib: “İki oğlum və iki qızım var. İkisii ailə qurub. Birinin də toyu bu ay olmalı idi, koronavirusa görə təxirə düşdü. Eybi yox, xeyirlisi. Toyun nə vaxt olacağını hələ bilmirik. Qızımla ailə quracaq oğlan mənim oğlumla Amerikada təhsil alıb. Oğlumun 15 illik dostudur. Birdən-birə sevgi yaranıb. O biri qızım da istədiyi şəxslə ailə qurdu. Bizim ailədə məcburiyyət yoxdur. Sevgiyə sərhəd yoxdur. Mən özüm də sevdim, ailə qurdum”.

Qeyd edək ki, Mələkxanım Nəzrinin nişan xəbərini ötən ilin dekabrında media nümayəndələri ilə bölüşmüşdü.

Dİgər xəbərlər