271
14:12
13 Aprel 2020

FHN-də qanvermə aksiyası keçirildi - FOTOLENT

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq bu gün Fövqəladə Hallar Nazirliyində könüllü qanvermə aksiyası keçirilib.

Lent.az -ın məlumatına görə, qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində təşkil olunub. Aksiyada Nazirliyin şəxsi heyəti könüllü olaraq qan verib.