18:44
10 Aprel 2020

Ermənistanda koronavirusun yayılması nəzarətdən çıxıb – Nazir

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyətin nəzarətdən çıxdığını etiraf edib.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bunu parlamentin səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında açıqlayıb.

“Ermənistanda koronavirusun yayılmasının ləngiməsi barədə danışmaq hələ tezdir. Biz yayılmanın 100 faiz dayandığını da deyə bilmərik. Əvvəlləe Ermənistanda gündə koronavirusa bir mənbədən 50 yoluxma halı qeydə alınırdısa, indi 10-20 müxtəlif mənbədən 16, 20, 30 hal qeydə alınır”, - Torosyan vurğulayıb.

Nazirin sözlərinə görə, yaranmış vəziyyətdə bütün mümkün halları tapmaq, eyni hərəkətləri yerinə yetirmək, yoluxmuş insanlarla təmasa girən hər kəsi yoxlamaq, təsdiqlənərsə, təcrid etməkdir.

“Biz hələ ki nə qədər gücümüz varsa, bunu etməliyik”, - nazir söyləyib.

Aprelin 12-nə olan vəziyyətə görə, Ermənistanda 937 koronavirusa yoluxma təsdiqlənib. 149 nəfər sağalıb, 12 nəfər ölüb.

Dİgər xəbərlər