Tramp ABŞ-da epidemiyanın pik nöktəyə çatdığını bildirib
10 aprel 2020 07:08 (UTC +04:00)

Tramp ABŞ-da epidemiyanın pik nöktəyə çatdığını bildirib

 

“ABŞ koronavirusun yayılmasının zirvəsindədir və bəzi ştatlarda artıq infeksiyaya yoluxmada azalma başlayıb”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

O, epidemiyanın yayılmasında yumşalmanın olduğunu deyərək, buna əminliyini vurğulayıb: “Bəzi hallarda eniş var, biz artıq bu prosesə başlamışıq”.

Mətbuat konfransında iştirak edən vitse-prezident Mayk Pens isə qeyd edib ki, koronavirusla bağlı vəziyyətin ən kəskin olduğu ştatlarda da sabitləşmə əlamətləri getdikcə daha çox müşahidə edilir. O, nümunə olaraq Nyu-Yorkun Denver və Luiziana yaşayış məntəqələrini göstərib.

Qeyd edək ki, son məlumatlara görə, ABŞ-da 452852 nəfərin koronavirusa yoluxduğu, onlardan 16 mindən çoxunun öldüyü bildirilib.

 

# 972
avatar

Oxşar yazılar