İspaniyada daha 683 nəfər koronavirusdan öldü
09 aprel 2020 14:25 (UTC +04:00)

İspaniyada daha 683 nəfər koronavirusdan öldü

İspaniyada son sutka ərzində koronavirusdan 683 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat ayıb.

İspaniyada bu günədək koronavirusdan ölənlərin sayı 15 238-ə çatıb.

Nazirliyin məlumatına görə, ölkədə son 24 saat ərzində 5756 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İspaniyada indiyə kimi koronavirusa yoluxanların sayı 152 446 nəfərə yüksəlib.

# 998
avatar

Oxşar yazılar