“Sərhədlər bağlansa da, Rusiyadan cənazələr gətirilib” - Prezidentin köməkçisi
08 aprel 2020 17:28 (UTC +04:00)

“Sərhədlər bağlansa da, Rusiyadan cənazələr gətirilib” - Prezidentin köməkçisi

“Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub. Gətirilənlər xüsusi karantin zonalarında yerləşdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 20 aprelə qədər Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb: “Bu, yükdaşımalara şamil edilmir, daxili yoluxma hallarına diqqəti yönəltmək üçündür. Həmçinin karantin məqsədləri üçün ayrılmış karantin yerləri ilə bağlı məsələni tənzimləməkdən ötrüdür. Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızla təmasdadırlar: “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.

# 1428
avatar

Oxşar yazılar