Maska və əlcəkləri küçəyə atmayın: CİDDİ TƏHLÜKƏ MƏNBƏYİDİR - ARAŞDIRMA
07 aprel 2020 14:58 (UTC +04:00)

Maska və əlcəkləri küçəyə atmayın: CİDDİ TƏHLÜKƏ MƏNBƏYİDİR - ARAŞDIRMA

Virusdan qoruyan masa və əlcəklərlə başqa insanlar yoluxa bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tibb mütəxəssisləri bu barədə araşdırm aparıb. Araşdırma zamanı müəyyən edilib ki, insanları virusdan qoruyan maska və əlcəklər istifadə olunduqdan sonra küçəyə atılmamalıdır. Bu zaman həmin qoruyucu vasitələrdə olan viruslar ətrafa yayılır və yeni yoluxmalara səbəb olur.

Araşdırma aparan həkimlərin sözlərinə görə, bu kimi tibbi ləvazimatlar ümumi bir qutuya atılmalı və daha sonra yandırılmalıdır. Onlar istifadə olunmuş maska və əlcəkləri 1 qaşıq yuyucu toz tökülmüş suda 1 saat saxladıqdan sonra atmaq lazım olduğunu bildiriblər.

# 1255
avatar

Mehman Nəbiyev

Oxşar yazılar