Vatikan kardinalı koronavirusa yoluxdu
31 mart 2020 02:40 (UTC +04:00)

Vatikan kardinalı koronavirusa yoluxdu

Vatikanın kardinallarından birində yeni növ koronavirus infeksiyası aşkarlanıb. 

APA TASS-a istinadla xəbər verir ki, bu şəxs 66 yaşlı italiyalı kardinal Ancelo De Donatisdir. 

O, bazaar ertəsi yüksək hərarətlə Romanın “Jemelli” xəstəxanasına gətirilib. 

Hazırda kardinalın ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Qeyd edilib ki, o, Papa Fransislə, eləcə də yaxın ətrafı ilə təmasda olmayıb. 

Xatırladaq ki, Vatikanda ümumilikdə 6 koronavirusa yoluxma aşkarlanıb.

Müqəddəs Taxtın mətbuat xidmətindən verilən məlumata görə, yoluxanlardan heç biri Papa və onun ətrafı ilə əlaqə qurmayıb. 

# 818
avatar

Oxşar yazılar