Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişdi
31 mart 2020 00:42 (UTC +04:00)

Moskvada daha 4 nəfər koronavirusdan dünyasını dəyişdi

 

“Moskvada xroniki xəstəlikləri olan və koronavirusa yoluxduqları təsdiqlənmiş daha 4 nəfər ölüb”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətin monitorinqi və izlənməsi üzrə Əməliyyat Qərargahının rəsmi teleqram kanalında bildirilib.

“Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus testlərinin cavabı müsbət olan 4 xəstə ölüb. 76-86 yaş aralığında olan xəstələrdə xroniki, xüsusilə ürək-damar xəstəliyi vardı”, - qərargahın məlumatında qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, dünyasını dəyişmiş 4 xəstədə yoluxucu xəstəliklər - xroniki pielonefrit, bronxial astma, xroniki beyin işemiyası müşahidə edilib. 

Ölənlərdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş. 

Xatırladaq ki, daha əvvəl Moskvada koronavirusdan ölənlərin sayı 7 nəfər idi. 

# 985
avatar

Oxşar yazılar