672
09:10
23 Mart 2020

Türkiyədə saxta məhsulu koronavirus kimi reklam edən məşhurlar ittiham olunub

Türkiyədə saxta dərmanı koronovirusa (COVID-19) əlac kimi reklam edən tanınmışlar ittiham olunacaq.

APA-nın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, reklam edilən məhsulun saxta olduğu və orqanizmdə fəsad yaratması müəyyən edildikdən sonra tanınmış simalar haqqında hüquq-mühafizə orqanlarına şikayət edilib.

Qeyd edək ki, aralarında tanınmış müğənni Seda Sayanın da yer aldığı simalardan Şeyma Subaşı (tanınmış teleaparıcı Acun İilaclının keçmiş həyat yoldaşı, sosial fenomen), Seren Serengil (məşhur müğənni və aktyor), Ebru Akel (tanınmış aparıcı və aktyor), Seda Akgül (tanınmış yazar və teleaparıcı) qida əlavəsi olan bir məhsulu öz instaqram hesablarından reklam etdikdən sonra saxta məhsula böyük tələbat yaranıb.

Məhşurlar “apteklərdə də satılır” təqdimatından sonra məhsul haqqında araşdırma aparılarkən məlum olub ki, məhsulun rəsmi sertifikatı yoxdur, hətta ünvan yeri “yalan dolan” məhəlləsi kimi göstərilib.