Azərbaycan millisinin seçmə oyunları təxirə salındı
17 mart 2020 18:45 (UTC +04:00)

Azərbaycan millisinin seçmə oyunları təxirə salındı


DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunları təxirə salınıb.

Apasport.az-ın Polşa Futbol Federasiyasının saytına istinadən məlumatına görə, görüşlərin nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib.

Buna koronavirus səbəbindən AVRO-2020-nin bir il sonraya təxirə salınmasıdır. Bu yarış seçmə mərhələnin 2021-ci il iyun ayında baş tutmalı qarşılaşmalarının keçirilməsinə imkan verməyəcək. Bu səbəbdən FİFA seçmə oyunları üçün əlavə “pəncərə” ayırmalıdır.

Qeyd edək ki, AVRO-2020 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

# 1249
avatar

Oxşar yazılar