"Rafael Dadaşovun xatirəsinə bədii gecə keçiriləcək" - Əbülfəz Qarayev - VİDEO
17 mart 2020 14:58 (UTC +04:00)

"Rafael Dadaşovun xatirəsinə bədii gecə keçiriləcək" - Əbülfəz Qarayev - VİDEO

Mədəniyyət və turizm naziri Əbulfəz Qarayev Rafael Dadaşovun dəfnində iştirak edib.

Lent.az xəbər verir ki, mərasimdə iştirak edən nazir jurnalistlərə açıqlama verib:

“Rafael Dadaşov böyük ustad idi, dostumuz idi. Cənab prezident və birinci vitse-prezident Mehriban xanım xalq artistinin sağalması üçün bütün köməkliyi göstərdilər. Ancaq xalq artisti dünən dünyasını dəyişdi. Allah ona rəhmət eləsin. Onun xatirəsinə mütləq teatr yaradıcılığına uyğun bədii gecə keçiriləcək. R.Dadaşovun xatirəsi həmişə bizim üçün əziz olacaq”.

# 1755
avatar

Mehman Nəbiyev

Oxşar yazılar