588
02:17
14 Mart 2020

Bill Qeyts "Microsoft"un direktorlar şurasını tərk edir

Bill Qeyts 1975-ci ildə əsasını qoyduğu kompüter texnologiyası korporasiyası olan "Microsoft"un rəhbərliyindən istefa barədə qərara gəlib.

APA-nın xəbərinə görə, bu barədə o, "Linkedin" hesabında məlumat verib.

64 yaşlı B.Qeyts xeyriyyəçilik fəaliyyətinə daha çox zaman ayırmağı planlaşdırdığını, xüsusən də Bill və Melinda Qeyts fondu vasitəsilə bunu həyata keçirəcəyini bildirib.

Bill Qeyts qlobal sağlamlıq və inkişaf, təhsil, iqlim dəyişikliyi ilə mübarizənin onun xeyriyyəçilik prioritetləri sırasında olduğunu qeyd edib.