"DƏHŞƏTDİR" - Allanın makiyajsız fotosu yayıldı - FOTO
29 fevral 2020 22:22 (UTC +04:00)

"DƏHŞƏTDİR" - Allanın makiyajsız fotosu yayıldı - FOTO

Alla Puqaçeva bu yaxınlarda Maksim Qalkinlə İtaliyanın dağ xizəkçilik istirahət mərkəzindən səfərdən qayıdan uşaqları Lisa və Harri ilə görüşüb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qalkin Primadonanın ev şəraitində fotosunu çəkərək sosial şəbəkədə paylaşıb.

Ev paltarında olan müğənninin makiyajsız üzü və dağınıq saç düzümü izləyicilərini heyrətləndirib. Onun üzünün müxtəlif hissələrindəki qırışlar diqqətdən yayınmayıb.

Fanatlardan bəziləri rəy bölməsində Divanın bu görkəmindən dəhşətə gəldiklərini gizlətməyiblər:   

“Bu cür fotoşəkilləri paylaşmağa ehtiyac yoxdur. Dəhşətlidir”.

Maraqlısı odur ki, Allanın özü tərəfindən paylaşım edilən həmin görüş səhnəsində müğənni tam formadadır. 

Məlumat üçün bildirək ki, Alla Puqaçeva təyyarə ilə səyahəti sevmədiyindən İtaliyaya səfərdən imtina edib.

 

# 22846
avatar

Oxşar yazılar