12:28
19 Fevral 2020

PSJ məğlub oldu, Neymar klubunu tənqid etdi

PSJ-nin hücumçusu Neymaq Çempionlar liqasının 1/8 final mərhələsində Dortmundun “Borrusiya”sına 2:1 hesabı ilə məğlub olandan sonra klubunu tənqid edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, onun fikrincə, dalbadal 4 matçdan sonra oynamamaq çətin idi: “Ancaq seçim mənimki deyildi. Bu, klubun, həkimlərin qərarı idi. Biz çox danışdıq və bu mənim xoşuma gəlmədi. Oynamaq istəyirdim və özümü yaxşı hiss edirdim, lakin klub çəkindi və bu mənə təsir etdi”.

Neymar “Borrusiya” ilə oyuna qədər Fransa çempionatında 3 və ölkə Kubokunda bir oyunda meydana çıxmayıb.

Dİgər xəbərlər