1452
11:53
15 Fevral 2020

101 min dolları Azərbaycandan çıxarmaq istədi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkəyə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib. Bu barədə şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkçə və üç ədəd corabın içərisində, ümumilikdə 100 000 ABŞ dolları aşkarlanıb.

Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində olan şalvarının arxa cibindəki pul kisəsindən isə 1500 ABŞ dolları olub.

Faktla bağlı araşdırma aparılır.