273
10:52
09 Fevral 2020

"Heç bir qayda pozuntusu müşahidə etməmişik" - Qazax müşahidəçi


16 saylı Yasamal II seçki dairəsinin 24-cü seçki məntəqəsində səsvermə prosesini Qazaxıstandan olan müşahidəçilər izləyib.

Qazax müşahidəçi Muradbay Joldızbayev APA -ya açıqlamasında bildirib ki, seçki prosesində heç bir qayda pozuntusu müşahidə etməyib: "Bu məntəqə ilə birlikdə 5 məntəqədə olmuşuq, günün irəliləyən saatlarında daha 5 məntəqədə səsverməni izləyəcəyik. Bu saata qədər heç bir qayda pozuntusu müşahidə etməmişik. Bizim müşahidə qrupu bu zamana kimi Rusiya, Latviya, Özbəkistan, Qırğızıstan kimi ölkələrdə seçki prosesini izləyib. Azərbaycanda bu proses digərlərinə nisbətən daha şəffafdır".