13:18
07 Fevral 2020

Bülənt Ərsoy “Əsrin divası” mükafatından imtina etdi?

Türkiyədə “Qızıl Tac” mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sayca ikinci dəfə həyata keçirilən mərasimdə “Əsrin divası” mükafatına Türkiyənin məşhur sənətkarı Bülənt Ərsoy layiq görülüb.

Çox sayda siyasət, iş adamı, sənətçilərin qatıldığı mərasimdə Bülənt Ərsoy öz taxtı ilə diqqət çəkib.

Mükafatını almaq üçün səhnəyə çıxan Bülənt Ərsoy onu qəbul etməyib. Mükafatı müəllimi olaraq gördüyü Müzəyyən Senarın məzarına aparacağını deyib: “Əsrin divası” mükafatını ala bilmərəm. Mənim ustam, müəllimim var. Hörmətli Müzəyyən Senar. Mən bu mükafatı onun məzarına aparmaq istəyirəm”.

Dİgər xəbərlər