1053
12:49
07 Fevral 2020

Güclü külək daha çox bu rayonlarında ağacları aşırdı

Ötən gecə əsən güclü külək Bakı şəhəri ərazisində xeyli ağaca ziyan vurub.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Lent.az -a bildirib ki, 15-ə yaxın ağac kökündən qopub: “Kökündən çıxan ağacların 90 fazi sağlam ağaclar olub. 40-a yaxın ağac isə küləyin təsirindən əyilib”.

O.Məmmədov bildirib ki, ağacların kökündən çıxması halları daha çox Nəsimi və Yasamal rayonlarında qeydə alınıb. Onun sözlərinə görə, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində ağaclardan biri evin üstünə aşıb: “Ağac aşması nəticəsində xəsarət alan olmayıb. Aşan ağac kəsilərək götürülüb. Hazırda bizim qurum gücləndirilmiş iş rejimində çalışır. Küləyin fəsadları aradan qaldırılır. Əyilən ağacların bərpası aparılır, sınmış ağacların qol-budaqları təmizləni”.