630
01:53
03 Fevral 2020

Suriya hərbçiləri İdlibdə terrorçuların qərargah kimi istifadə etdiyi bir bunker tapıb

Suriya ordusunun əsgərləri İdlib əyalətində hərbi əməliyyat zamanı Cəbhət ən-Nüsra terror qruplaşmasının qərargahı kimi istifadə edilən bunker aşkarlayıb.

APA-nın “SANA” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular bunkeri hazırda hökumət qüvvələrinin mühasirəyə aldığı Sarakib şəhərinin cənubundakı Maar-Debsa bölgəsində qayanın içərisində yaradıbdılar.

Qərargahın yaxınlığındakı tuneldə silahla dolu bir anbar və partlayıcı qurğular yaratmaq üçün emalatxana da aşkar edilib. Terrorçuların uzun müddət qalması üçün bunkerdə havalandırma sistemi də quraşdırılıb.