“Ölü” şəhər -  Ölümcül virusun tüğyan etdiyi Uhandan son GÖRÜNTÜLƏR
31 yanvar 2020 18:43 (UTC +04:00)

“Ölü” şəhər - Ölümcül virusun tüğyan etdiyi Uhandan son GÖRÜNTÜLƏR

 

Müasir texnologiya bu günlərdə hamı üçün qapalı élan olunan yerə də “daxil olmağa” imkan verir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dronla çəkilən fotolarda ölümcül koronavirusun bütün dünyaya yayıldığı Uhan şəhərində hazırda nələrin baş verdiyi əks olunur. 

Hamıya artıq məlumdur ki, 2019-nCoV virusunun medana gəldiyi Çində artıq 200 nəfər ölüb, rəsmi məlumatlara görə, 8 minə yaxın insane virusa yoluxub. Virusa yoluxmanın episentri Uhan şəhəridir və hakimiyyət burada ciddi nəzarət tətbiq edib. 

Şəhərdən çıxma qəti qadağandır, ictimai nəqliyyat işləmir, insanların kütləvi toplaşdığı yerlər tamamilə bağlanıb – buranı “ölü” çəhər adlandırmaq da olar. 

Sosial şəbəkədə Uhandan ilk şəkillər paylaşılıb. 11 milyon insanın yaşadığı çəhərdə hazırda yollarda yalnız bir neçə maşına, nadir halda tibbi maskada piyadalara və communal xidmət əməkdaşlarına rast gəlmək mümkündür. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362

Oxşar yazılar