Parlament seçkilərini müşahidə edəcək rusiyalı nümayəndə heyətinə Leonid Kalaşnikov rəhbərlik edəcək
29 yanvar 2020 21:20 (UTC +04:00)

Parlament seçkilərini müşahidə edəcək rusiyalı nümayəndə heyətinə Leonid Kalaşnikov rəhbərlik edəcək

 

Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün gələcək Rusiya nümayəndə heyətinin tərkibi məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya parlamentarilərindən ibarət nümayəndə heyətinə Dövlət Dumasının MDB ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov rəhbərlik edəcək.

L.Kalaşnikov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün fevralın 7-də böyük nümayəndə heyəti Bakıya gələcək.

Onun sözlərinə görə, nümayəndə heyətinə Federasiya Şurası və Dövlət Dumasının deputatları daxildir: "Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək nümayəndə heyətinin tərkibində Dövlət Dumasnın bütün fraksiyalarından deputatlar təmsil olunacaq. Ümumilikdə Rusiya nümayəndə heyətinə 6 nəfər daxildir".

Rusiyalı parlamentari bundan başqa ölkəsinin bir sıra beynəlxalq təşkilatların, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərinin tərkibində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəyini açıqlayıb.

# 1035
avatar

Oxşar yazılar