10:56
29 Yanvar 2020

Mourinyo Keynə əvəzləyici tapdı


“Tottenhem” klubu zədələnən Harri Keynin boşluğunu doldurmaq üçün hücumçu transfer etmək niyyətindədir.

Lent.az -ın məlumatına görə, komandanın baş məşqçisi Joze Mourinyo “Çelsi”nin üzvü Olivye Jirunun alınmasını istəyib.

Təcrübəli mütəxəssis rəhbərliklə söhbətində məhz Jiru tipli forvarda ehtiyacının olduğunu bildirib. Bundan sonra hərəkətə keçən londonlular qarşı tərəflə danışıqlara başlayıblar. Jiru təklifi qəbul etməsə, “Tottenhem” alternativ variantlara nəzər salacaq. Siyahıda Pako Alkaser və Kşiştof Pyontek kimi hücumçular da var.

Əslində Fransa yığmasının da formasını geyinən Jiru az şans qazandığı “Çelsi”dən ayrılmağa razıdır. Ancaq onun “Tottenhem”in təklifinə necə cavab verəcəyi dəqiq bilinmir.

Qeyd edək ki, Harri Keyn ən azı daha 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Dİgər xəbərlər